Skype nədir və necə istifadə edilir?

Dərc edildi: 15 İyun, 2011 / Kompyuter

Skype – internetdə səsli, görüntülü və yazılı ünsüyyət yaratmaq üçün bir proqramdır. Bu proqram vasitəsiylə siz skype hesabı olan digər dostlarınızla dünyanın harasında olmasından asılı olmayaraq pulsuz əlaqə saxlaya bilərsiniz. Bundan əlavə xarici ölkələrdə yaşayan dostlarınızın ev və ya mobil telefonlarına da ucuz qiymətə zəng edə və sms yaza bilərsiniz. Azərbaycan operatorlarına isə dəqiqəsi təxminən 26 qəpikdən zəng edə bilərsiniz. Türkiyənin ev telefonlarına 2-3 qəpiyə zəng edə bilərsiniz. Bir sözlə bu həm də bir mobil xidmət göstərir. Ancaq Azəri operatorlar qiymətdə çox bahaçıdırlar. Yenə də siz xarici dövlətdə yaşayan yaxınlarınızla ucuz danışma şansından istifadə etsəniz məndən razı qalacaqsınız.

Mobil telefonlar üçün də Skype proqramı var və bu da proqramın digər bir üstünlüyüdür.

İnternet sürəti Skype üçün necə olmalıdır?

Skype elə super bir proqramdır ki, 56 kbit/san dial-up internetlə də bizim operatorlardan daha keyfiyyətli xidmət göstərir, amma əsil Skype keyfiyyətini siz minimum 256 kbit/san sürətli internetlə daha yaxşı hiss edərsiniz. Video görüntü üçün sürət nə qədər çox olsa, bir o qədər də kəsintisiz əlaqə olar.

Necə əldə edə bilərəm?

www.skype.com ünvanına daxil olun və proqramı yükləyin. Həmçinin yeni tarif planlarına da göz gəzdirin. Sayt bir neçə dildə fəaliyyət göstərir və mən əminəm ki, bu da sizin işinizə yarayacaq.

www.azvapa.com

Namiq Məmmədov

About these ads
Şərhlər
  1. Namiq Mammadov deyir ki:

    Skypenin resmi saytinda (www.skype.com) 5-ci versiya yayımlandı. Bu versiyada konfrans zənglər edərkən bir neçə insan eyni anda bir-birini görə bilir. Bundan əlavə facebook hesabınıza bağlana və orada şərh yaza bilirsiniz. Zəng xüsusiyyətləri də yüksək səviyyədə inkişaf edib. Pulsuz zəng edə bilirsiniz (skype hesablarına), telefona isə uzuc zəng etmək istəyirsinizsə skypedən yaxşısı olmaz. Xaricdə qohumları və yaxınlıarı yaşayanlar üçün skype əvəzsiz bir proqramdır. Mən nəinki xaricdə, hətta Azərbaycanın digər regionlarında olan dostlarımla bu pro vasitəsiylə əlaqə yaradıram və onları görə bilirəm. SMS də yaza bilirəm, bizim operatorla eyni qiymətə gəlir…

Bir cavab yazın

Sistemə daxil olmaq üçün məlumatlarınızı daxil edin və ya ikonlardan birinə tıklayın:

WordPress.com Loqosu

WordPress.com hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış / Dəyişdir )

Twitter rəsmi

Twitter hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış / Dəyişdir )

Facebook fotosu

Facebook hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış / Dəyişdir )

Google+ foto

Google+ hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış / Dəyişdir )

Connecting to %s